23:04 20-03-2020
news_image
172
FUTBOL

Bundesliqa klubu məşqləri bərpa etdi - fiziki təmas qadağandır

"Leypsiq" klubu məşqlərini bərpa edib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar yaranmış 5 günlük fasilədən sonra komanda bir araya gəlib.

Ancaq məşq prosesi bəzi məhudiyyətlərlə alınıb. Oyunçular 3 qrupa bölünüb və 3 fərqli meydançada hazırlıq keçiblər. Məşq zamanı fiziki təmas qadağan olub və futbolçular yeməyə tək-tək gediblər.

Qeyd edək ki, Almaniya Bundesliqası aprelin 2-nə qədər dayandırılıb.