11:31 21-03-2020
news_image
125
FUTBOL

İki müştəri - Belottiyə

İtaliyanın “Torino” klubunun futbolçusu Andrea Belotti mövsümün sonunda komandadan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, A seriyasının iki iddialı klubu hücumçunu heyətində görmək istəyir.

Bunlar “Roma” və “Napoli”dir. Futbolçunun müqaviləsində onu istəyən klubun 100 milyon avro ödəməli olması göstərilib. Lakin bu bənd yalnız xarici komandalara şamil olunur. Bu da “Roma” və “Napoli”yə oyunçunu daha ucuz qiymətə ələ keçirmək imkanı yaradır.

Qeyd edək ki, Andrea cari mövsüm bütün turnirlərdə keçirdiyi 31 oyununda 15 qol vurub.