15:56 21-03-2020
news_image
496
FUTBOL

Barış Ekincier: "Neftçi" məsələsi bağlanıb" - MÜSAHİBƏ

"Austria Klagenfurt" və Azərbaycan milli komandasının (U-21) yarımmüdafiəçisi Barış Ekincierin apasport.az saytına müsahibəsi

- Koronavirus pnademiyası səbəbindən Avstriyada da çempionat dayandırılıb. Yaranmış vəziyyətə görə Almaniyaya - ailənizin yanına yollanmısınız?
- Xeyr. Mən hələ ki, qayıtmamışam. Avstryadayam.

- Özünüzü koronavirusdan necə qoruyursunuz?
- Əslində hamı kimi qorunuram. Evdə qalıram, çölə çıxmıram. Ən yaxşısı da budur. 

- Koronavirusa görə panikaya düşmüşdünüz?
- Əslində panika var. Amma evdə qalsaq, heç nə olmayacaq. Ona görə də çölə çıxmamaq lazımdır.

- U-21 yığmasından komanda yoldaşlarınız olan, Türkiyədə çıxış edən komanda yoldaşlarınız Doğukan Öksüz, Hüseyin Seyliğli  çempionatlarda oynamağa davam edirdi. Amma artıq orada da liqalar təxirə salındı. Onlarla danışırdınız?
- Bəli, Doğukan və Hüseyinlə əlaqə saxlayırdım. Artıq onlarda da çempionat təxirə salınıb. Hər halda, hamı özünü qorumalıdır.

- Mövsüm sonunda "Austria Klagenfurt"dan ayrılıb "Bohum"a dönməyi planlaşdırırdız. Planlarınızda yenilik yoxdur?
- "Bohum"a qayıdacam. Mövsüm başa çatsın Almaniyaya gedib, komandanın düşərgəsinə qoşulacam. 

- Bir müddət əvvəl demişdiniz ki, "Neftçi"yə keçmək ehtimalınız var. Bu məsələ qüvvədədir, yoxsa artıq birdəfəlik bağlanıb?
- "Neftçi" məsələsi bağlanıb. 

- U-21 yığmasından komanda yoldaşınız olan Ozan Can Kökçü Bakının "Sabah" klubunda çıxış edir. Onunla heç Azərbaycanda oynamaq haqda söhbətiniz olub?
- Düzünü desəm, yox. Onunla bu haqda danışmamışıq.