13:48 22-03-2020
news_image
131
FUTBOL

Maruan Fellaini virusa yoluxub

Çinin “Şandun Lunen” klubunun belçikalı futbolçusu Maruan Fellainidə koronavirus aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bunu Szinan şəhərinin səhiyyə departamenti açıqlayıb.

Bildirilir ki, İngiltərə “Mançester Yunayted”inin sabiq yarımmüdafiəçisinin koronavirusla bağlı testi müsbət nəticələnib. O, qatarla şəhərə gələrkən virusa yoluxmuş olub. Fellaini Çin çempionatında virusa yoluxan ilk futbolçudur.

Qeyd edək ki, Çində 81 minə yaxın adam koronavirusa yoluxub, onlardan təxminən 3 mini dünyasını dəyişib.