16:09 22-03-2020
news_image
154
FUTBOL

Zəlzələ paylaşımı - Nikola Yurçeviçdən

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəsində baş verən zəlzələdən zərər görmədiyini yazıb.

Hadisə paytaxt Zaqreb yaxınlığında Yurçeviçin yaşadığı bölgədə olub. 54 yaşlı mütəxəssis 5,3 maqnitudalı zəlzələyə baxmayaraq, səhhətində heç bir problem olmadığını vurğulayıb.

Qeyd edək ki, zəlzələ nəticəsində Zaqrebdə binalara və infrastruktura ziyan dəyib, 15 yaşlı bir uşaq dağıntılar altında qalaraq ölüb.