22:52 22-03-2020
news_image
165
FUTBOL

Nigeriya millisinin sabiq futbolçusu qəzada öldü

Nigeriya millisinin sabiq futbolçusu Corc İfeanyi avtomobil qəzasında ölüb.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçunun idarə etdiyi “İnfiniti” yük maşını ilə toqquşub.

“Enuqu Reyncers” klubunda çıxış edən futbolçunun avtomobilində daha iki şəxs olub. Onlardan biri İfeanyinin komanda yoldaşı olsa da, sərnişinlərin durumu barədə məlumat verilməyib. Qəza koronavirus pandemiyası üzündən Nigeriya çempionatı dayandırıldığından futbolçular evlərinə yollanarkən baş verib.

Qeyd edək ki, “Enimba”nın yetirməsi olan Corc 2017-ci ildə Nigeriya yığmasında 2 oyun keçirib.