11:01 23-03-2020
news_image
271
FUTBOL

"Azərbaycanda vəziyyət digər ölkələrə nisbətən normaldır" - Rodriqo Qattas

"Azərbaycanda virusa yoluxanlar digər ölkələrdəki qədər olmasa da, çətin bir dövrü keçiririk".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin yarımmüdafiəçisi Rodriqo Qattas deyib.

Ölkəsi Çili mətbuatına açıqlama verən 28 yaşlı oyunçu koronavirus pandemiyası ilə bağlı yaranmış durumu izah edib. O, Azərbaycanda vəziyyətin digər ölkələrdən yaxşı olduğunu vurğulayıb: "İnsanlar qorxurlar, 2-3 gündən sonra hər yer bağlanacaq. Evdəyəm, ehtiyac yarandıqda çölə tək çıxıram. Burada vəziyyət nisbətən normaldır, insanlar qoruyucu maska taxırlar".

Qattas Çilidəki vəziyyətin daha acınacaqlı olduğunu düşünür: "Futbol məsələsi fərqlidir. Bir həftə əvvəl məşqləri dayandırdıq. Günlər keçdikcə vəziyyət daha yaxşı mənimsənilir. Çili də çətin dövrdən keçir. Baş verənləri görmək mənim üçün kədərlidir. Mənə elə gəlir ki, Çilidə virus məsələsi buradakından daha mürəkkəbdir. Ümid edirəm ki, həll olunar. Çünki orada hələ bir qabaqlayıcı tədbir görülməyib".