12:20 23-03-2020
news_image
123
FUTBOL

Martines üçün ilk təklif rədd edildi

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesdən əl çəkmir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Argentina millisinin üzvü üçün qarşı tərəfə ilk rəsmi təklifini edib.

İspanlar 23 yaşlı forvardın keçidi müqabilində 70 milyon avro, müdafiəçi Nelson Semedo və yarımmüdafiəçi Arturo Vidalı təklif edib. Lakin italyanların buna cavabı "yox" olub. Milan təmsilçisi Lautaronun keçidindən müqavilədəki bəndə əsasən 111 milyon avroluq qazanc götürmək niyyətindədirlər. "Barselona" futbolçunun özünə illik 10 milyon avro maaş ödəməyə hazırdır.

Qeyd edək ki, "İnter"lə müqavilə müddəti 2023-cü ilin yayına qədər Lautaro Martineslə "Real" da maraqlanır.