16:48 23-03-2020
news_image
123
FUTBOL

Mövsüm bitməsə, Niderlandda çempion olmayacaq

Futbol üzrə Niderland çempionatı tamamlanmamış qala bilər.

Apasport.az saytının məlumatına görə, Niderland Kral Futbol Federasiyası mövsümü başa çatdırmamaq variantını müzakirə edir.

Belə olan halda koronavirus pandemiyası üzündən dayandırılan çempionat davam etdirilmədən vaxtından əvvəl başa çatacaq. Federasiya çempionluq və digər mükafatları heç bir kluba verməyəcək, həmçinin Erediviziyanı tərk edən olmayacaq. Amma aşağı liqada liderlik edən “Kambur” və “De Qraafshap” yüksək dəstəyə vəsiqə qazanacaq.

Qurum klublar üçün ən sərfəli variant kimi çempionatın sonadək boş tribunalar önündə də olsa, oynanılmasının tərəfdarıdır. Lakin durumun müsbətə doğru irəliləməməsi və yarışı iyunun 30-dək başa çatdırmağın çətinliyini nəzərə alan federasiya ən pis variant üçün də hazırlaşır.

Qeyd edək ki, Niderlanddan fərqli bəzi ölkələr çempionat bitməsə, lideri çempion saymaq barədə düşünür.