20:54 23-03-2020
news_image
2960
FUTBOL

Çempionat dayanıb, Qurban Qurbanov dayanmır

Dünyanın ən yaxşı futbol məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə planetin 1000 ən yaxşı futbol mütəxəssisi yer alıb.

Azərbaycan siyahıda bir məşqçi ilə təmsil olunub. Yeganə təmsilçimiz “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 

48 yaşlı mütəxəssis 1054 xala malikdir. O, dünyanın 551-ci pillədə yer alıb.

Koronavirus pandemiyası üzündən Azərbaycan Premyer Liqasının dayandırılması Qurbanovun irəliləməsinə mane olmayıb. Mütəxəssis ötən siyahı ilə müqayisədə 9 pilləlik yüksəlişə nail olub. O, ötən cədvəldə də 6 pillə irəliləyişə imza atmışdı. Ümumilikdə isə Qurbanov son üç həftədə 22 addım irəliləyib.

Qeyd edək ki, siyahının 1-ci pilləsində “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp qərarlaşıb. İngiltərə Premyer Liqasının liderinin çalışdırıcısının aktivində 14 min 695 xal var.