22:34 23-03-2020
news_image
101
FUTBOL

Messi, Buffon, Kloze, Ouen... - koronavirusla bağlı layihə

FİFA ilə Ümumdünya Səhiyyə Təşkilatı birgə layihəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, məqsəd koronavirus pandemiyasının necə təhlükəli olduğunu izah etməkdir.

Bir çox ölkənin məşhur futbolçuları bu layihədə iştirak edəcəklər. Onlar çəkdikləri video vasitəsilə virusla mübarizə aparmaq üçün əl yuma, öskürərkən ağzı qapama, üzə toxunmama, məsafə saxlama və evdə qalma qaydalarını başa salaraq, insanlara çağırış ediblər.

Həmin layihəyə dəstək olan məşhur futbol adamları bunlardır: Sami əl-Caber (Səudiyyə Ərəbistanı), Alisson Beker (Braziliya), Əmrə Beləzoğlu (Türkiyə), Yare Borqetti (Meksika), Canluici Buffon (İtaliya), İker Kasilyas (İspaniya) Sunil Khetri (Hindistan), Yuri Corkayeff (Fransa), Han Duan (Çin), Samuel Eto (Kamerun), Radamel Falkao (Kolumbiya), Laura Georges (Fransa), Valeri Karpin (Rusiya), Miroslav Kloze (Almaniya), Filipp Lam (Almaniya), Qari Lineker (İngiltərə), Çarli Lloyd (ABŞ), Lionel Messi (Argentina), Mido (Misir), Maykl Ouen (İngiltərə), Ci-Sun Park (Cənubi Koreya), Karles Puyol (İspaniya), Asako Takakura (Yaponiya), Yaya Ture (Fil Dişi Sahili), Xuan Sebastian Veron (Argentina), Sun Ven (Çin), Xavi Ernandes (İspaniya).