00:04 24-03-2020
news_image
140
FUTBOL

Messi Ronaldonu qabaqladı, Neymar 3-cü oldu

Ən çox qazanan futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “France Football” nəşrinin araşdırmalarında oyunçuların maaşları, imic hüquqlarından qazancları və ötən mövsümdəki bonusları nəzərə alınıb.

Siyahıya Argentina millisinin və İspaniya “Barselona”sının ulduzu Lionel Messi başçılıq edir. Onun ötən mövsümdəki ümumi qazancı 131 milyon avroya bərabər olub.

İtaliya “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo siyahıda 2-cidir. O, mövsümə 118 milyon avro əldə edib.

Fransa PSJ-sində çıxış edən braziliyalı Neymar ilk “üçlüy”ü qapayır. Cənubi amerikalı 95 milyon avro qazanıb.