00:14 24-03-2020
news_image
213
TOKİO-2020

Tokio-2020 üçün təsnifat turniri yenidən keçirilə bilər

“Həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Təşkilat Komitəsi idmançıların təhlükəsizliyini əsas prioritet hesab edir”.

Apasport.az saytının məlumatına görə, bunu Yaponiya Milli Olimpiya Komitəsinin (MOK) sədri Yasuxiro Yamasita deyib.

MOK rəhbəri bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasına hazırdırlar: “Biz Oyunları iyulun 24-də başlamağa çalışırdıq. Amma koronavirus pandemiyası yayılmaqda davam etdiyi üçün başa düşürəm ki, təxirəsalmanı nəzərə almalıyıq. Bunun nə qədər uzun olması çətin sualdır. Yəqin ki, yeni tarixə hazırlaşmaq üçün təşkilatçılara kifayət qədər vaxt verilməsi daha yaxşı olar. İdmançılara gəlincə, yubanma nə qədər az olsa, bir o qədər yaxşıdır. Əgər yarışlar uzun müddətə təxirə salınsa, idmançılarla nə olacaq? Ola bilər ki, təsnifat yarışlarını yenidən keçirməli olsun. Bu yay öz idman formasının pik nöqtəsinə olmağa çalışan, karyerasını bitirməzdən öncə sonuncu Olimpiadası olduğunu düşünənlər üçün istənilən halda çətin qərar olacaq”.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməlidir. Azərbaycan isə Tokio-2020-yə hələlik 15 lisenziya qazanıb.