10:51 24-03-2020
news_image
110
FUTBOL

Klub 850 nəfərin maaşını kəsəcək

Dortmund "Borussiya"sının futbolçularının maaşları azaldılacaq.

Apasport.az saytının məlumatına görə, oyunçular rəhbərliklə görüşdə buna razılıq veriblər.

Koronavirus pandemiyasının yayılması səbəbindən oyunların dayandırılması ilə ciddi maliyyə itkisinə məruz qalan "Borussiya"da maaşların 20 faizi kəsiləcək. Bu, təkcə futbolçulara deyil, klubda çalışan 850 nəfər işçinin hər birinə şamil edilib. Bununla klubun böhrandan qurtulacağı düşünülür.

Qeyd edək ki, bundan əvvəl "Barselona" və "Verder" futbolçuları maaşların kəsilməsinə razılıq veriblər.