10:52 24-03-2020
news_image
362
FUTBOL

“Mançester Siti”yə keçməkdən imtina etdi - “Bavariya”nın müdafiəçisi

Almaniyanın “Bavariya” klubunun futbolçusu David Alaba yay “transfer pəncərəsi”ndə Münhen təmsilçisini tərk etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, avstriyalı müdafiəçi artıq İngiltərə təmsilçisi “Mançester Siti”yə keçməkdən imtina edib. 

27 yaşlı futbolçu karyerasını Böyük Britaniya deyil, İspaniyada davam etdirmək niyyətindədir. Alaba maraq dairəsində olduğu “Real” və “Barselona” arasında seçim etməyə üstünlük verir. Məşhur agent Pini Zahavi ilə əməkdaşlığa başlayan avstriyalının “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. 

Qeyd edək ki, Alaba cari mövsümdə 28 oyunda 1 qol vurub.