11:13 24-03-2020
news_image
166
FUTBOL

“Zirə”nin hədəfində - “Qəbələ”nin legioneri

"Qəbələ"nin futbolçusu Fernan Ferreyra yeni mövsümdə komandasını dəyişə bilər. 

Apasport.az saytının məlumatına görə, ispaniyalı oyunçu "Zirə"nin maraq dairəsinə düşüb. 

Bakı təmsilçisi Ferreyranı keçidində israrlıdır. Amma 25 yaşlı yarımmüdafiəçinin hansı qərarı verəcəyi yayda bilinəcək.

Qeyd edək ki, ispaniyalı futbolçu yayda "Barakaldo"dan "Qəbələ"yə keçib və 1+1 illik müqaviləyə imza atıb.