13:58 24-03-2020
news_image
876
FUTBOL

“Burada qayda pozanları 55 min manat cərimə edirlər” - Kamal Mirzəyev

"Hər gün evdəyəm. Yalnız mağazaya düşüb lazım olanları alıb, geri qayıdıram. Onu da bizə ayrılan vaxtda edirəm. Çox ciddi karantin rejimi tətbiq var".

Bunu apasport.az saytına Küveytin "Əl-Salmiyə" klubunun forması geyinən Kamal Mirzəyev deyib.

Onun sözlərinə görə, Küveytdə qaydaları pozanlar böyük məbləğdə cərimə edilirlər: "Saat 15:00-a qədər mağazadan ərzaq ala bilərsən. Yolda maşın da yoxdur. Qaydaları pozanları bizim pulla desək, 55 min manat cərimə edirlər. Amma hamı bu qaydaya riayət edir".

O, yerli çempionatın da uzun müddətə təxirə salındığını bildirib: "Dünən bizə xəbər verdilər ki, çempionat avqusta qədər təxirə salınıb. Yəni həmin vaxta kimi liqa bərpa olunmayacaq. Buna görə də Bakıya qayıdacam. Amma necə və nə vaxt olacağını zaman göstərəcək. Klubdan bütün legionerlərə ölkələrinə qayıtmağa tələsməməyi tapşırıblar. Bir-iki həftəyə necə olacağı bilinəcək”.