00:37 25-03-2020
news_image
108
FUTBOL

Nigeriyalı hücumçuya göz dikdi - “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu yay transfer dövründə heyətini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Fransa “Lill”ində çıxış edən Viktor Osimheni heyətinə qatmaqda maraqlıdır.

Mançesterlilər 21 yaşlı nigeriyalı forvardla hücum xəttini gücləndirmək fikrindədir. O, Odion İqalodan sonra yeni komandasının ikinci nigeriyalı futbolçusu ola bilər.

Qeyd edək ki, Osimhen cari mövsüm bütün turnirlərdə keçirdiyi 21 matçda 18 qol vurub və 6 məhsuldar ötürməyə imza atıb.