09:21 25-03-2020
news_image
3049
FUTBOL

"Qrasshopers" və "Hanza"dan təklif aldı - millimizin hücumçusu

21 yaşlılardan ibarət Azərbaycan yığmasının futbolçusu Barış Ekincier iki yeni təklif alıb. 

Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş hücumçuya İsveçrə və Almaniya klubları elçi düşüblər. 

Buna hazırda "Austria Klagenfurt"un formasını geyinən Ekincierin Avstriya təmsilçisindən ayrılmaq istəyi səbəb olub. Klub yüksək liqaya çıxacağı halda onu heyətində saxlamaq istəsə də, futbolçu müqavilə ilə məxsus olduğu Almaniya “Bohum”una dönməkdə israrlıdır. O, bundan sonra isə qərarı özü verəcək. 

Ekincier “Bohum”da da oynamaq istəməsə, "Qrasshopers" və ya Almaniyanın üçüncü liqa təmsilçisi "Hanza"nın təkliflərini götür-qoy edəcək.