10:57 25-03-2020
news_image
80
FUTBOL

Tokio-2020 Moskva-1980-a bənzətdi – Olimpiya çempionu

“Bu yaxınlarda 63 yaşım olacaq. Həyatda o qədər çox ağlasığmaz və gözlənilməz şeylər var”.

Apasport.az saytının məlumatına görə, bunu Yaponiya Milli Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita deyib.

Cüdo üzrə Olimpiya çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasına münasibət bildirib. O, yarışı bir sıra ölkələrin boykotu ilə üzləşən Moskva-1980-ə bənzədib: “Moskva Olimpiadasını xatırlayıram. İndiki vəziyyət də ona bənzər bir şeyə çevrilir. Oyunlara təslim olmadan, yeni qüvvə ilə yanaşacağam. Mən gələn il bu sınaqdan da keçmək istəyirəm”.

Qeyd edək ki, ən ağır çəki dərəcəsində çıxış edən sabiq cüdoçu 1979-cu ildə dünya çempionu adını qazansa da, bir il sonra boykot üzündən Moskva Olimpiadasından kənar qalıb. Ümumilikdə 4 dəfə dünya çempionu olan Yamasita Olimpiya qızılını 4 il sonra Los-Ancelesdə qazanıb.