11:15 25-03-2020
news_image
180
FUTBOL

Noyeri razı sala bilmədi - "Bavariya"

"Bavariya" kapitanı Manuel Noyerlə yeni müqavilə məsələsində anlaşa bilməyib.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında növbəti görüş uğursuz nəticələnib.

Klubun bazasının bağlı olmasına baxmayaraq, rəhbərlik qapıçının meneceri Tomas Krotla bir araya gəlib. Ancaq agent münhenlilərin təklifini rədd edib. 33 yaşlı qolkiperin gələn ilin yayına qədər olan sözləşməsini uzatmağa yaxın durmaması almanları yeni qapıçı axtarışına sövq edib. Bundesliqa təmsilçisinin artıq ilk hədəfi "Barselona"lı Mark-Andre ter Ştegendir. "Bavariya" onunla danışıq aparmağa hazırlaşır.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyur.