12:16 25-03-2020
news_image
796
FUTBOL

Halk keçmiş həyat yoldaşının qardaşı qızı ilə evləndi - FOTOSESSİYA

Braziliya millisinin hücumçusu Halk 12 illik həyat yoldaşından boşanıb.

Apasport.az saytının məlumatına görə, bu ayrılığa səbəb onun həyat yoldaşının qardaşı qızı Kamila olub.

"Şanxay SİPQ"in formasını geyinən 34 yaşlı forvard instaqram səhifəsinə yenidən evli olduğunu işarələyib. Məlum olub ki, Halk Kamila ilə artıq ailə həyatı qurub. Belə tələsik qərarın verilməsinə səbəb sevgilisinə Çin vizası almaq istəyi olub. Koronovirus pnademiyasının tüğyan etdiyi Asiya ölkəsində bir yerdə yaşayan cütlüyün evlənməsi xəbərini Kamila yaxınlarına zəng edərək məlumat verib.

Qeyd edək ki, Halk 2016-cı ildən "Şanxay SİPQ"in şərəfini qoruyur.