12:45 25-03-2020
news_image
113
FUTBOL

“Napoli” hücumçusunu satır – 50 milyona

İtaliyanın “Napoli” klubu futbolçusu Arkadiuş Miliki satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi 26 yaşlı polşalı hücumçunu yay transfer dövründə 50 milyon avroya satmağı planlaşdırır.

Futbolçu ilə müqavilənin uzadılması barədə razılıq əldə edə bilməyən A seriyası təmsilçisi anlaşma başa çatmamış onu satmağı məqsədəuyğun sayır. Polşalının müqaviləsi 2021-ci ilin yayına qədər olduğundan “Napoli” cari mövsümün sonunda Miliki satmaq fikrindədir.

Arkadiuş Milan təmsilçilərinin maraq dairəsindədir. Həm “İnter”, həm “Milan” hücumçunu heyətində görmək istəyir.

Qeyd edək ki, Milik cari mövsüm 22 oyunda 12 qol vurub.