13:44 25-03-2020
news_image
300
TOP OYUNLARI

Məşhur idmançının anası komada - koronavirusa görə

MBA-da çıxış edən məşhur basketbolçu Karl-Antoni Tounsun anasının vəziyyəti ağırdır.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasına yoluxan "Minnesota Timbervulvz"un oyunçusunun valideyni komaya düşüb.

Bu barədə məlumatı 25 yaşlı basketbolçu özü sosial şəbəkə vasitəsilə yaydığı videoda bildirib. Anasının ölüm-qalım mübarizəsi apardığını söyləyən amerikalı idmançı hər kəsdən diqqətli olmağı xahiş edib.

Qeyd edək ki, "Yuta Caz"ın basketbolçusu Rudi Qorbertdə koronavirus xəstəliyi aşkarlandıqdan sonra MBA-da mübarizə təxirə salınıb.