13:58 25-03-2020
news_image
161
FUTBOL

"Neftçi" üçün çətin olacaq” - Daniel Seqoviya

"Bir müddət əvvəl " Badahos"dan ayrılıb, "Mursiya"ya keçdim. Amma koronavirus pnademiyası səbəbində İspaniyada da çempionat dayanıb. Karantin vəziyyətindəyik. Amma məndə və ailəmdə hər şey yaxşıdır".

Bunu apasport.az saytına "Neftçi"nin sabiq forvardı Daniel Seqoviya deyib.

İspaniyalı forvard koronavirus pandemiyasının tezliklə bitəcəyinə və futbol matçlarının bərpa olunacağına inam ifadə edib. 34 yaşlı hücumçu oyunların start götürəcəyi halda, “Neftçi”nin çempionluq şansına da toxunub. O bildirib ki, Bakı təmsilçisinin “tilsimi” qıracağına ümid etmir: "Təbii ki, koronavirus təhlükəlidir. Buna baxmayaraq, mən hər şeyin yaxşı olacağına inanıram. Bilirəm ki, İspaniya və bütün dünyada olduğu kimi Azərbaycanda da çempionat dayanıb. Hər halda, hər zaman Azərbaycan çempionatını və "Neftçi"ni izləyirəm. Çünki orada dostlarım var. Onların "Qarabağ"la çempionluq mübarizəsi apardığını bilirəm. "Neftçi"yə uğurlar arzulayıram. Amma fikrimcə, "Neftçi" üçün 8 xallıq fərqi aradan qaldırıb çempion olmaq çətin olacaq".