20:26 25-03-2020
news_image
59
FUTBOL

Avrokuboklar iyulda keçirilsin - ECA prezidentindən UEFA-ya təklif

Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünü başa çatdırmaqla bağlı təkliflə çıxış edib.

Apasport.az saytının məlumatına görə, İtaliya “Yuventus”unun sahibi UEFA-ya müraciətdə öncə milli çempionatları yekunlaşdırmağın vacibliyini vurğulayıb.

Anyellinin təklifinə qədər bütün diqqət ölkə çempionatlarına ayrılmalıdır. Bu liqalar iyunun sonunadək başa çatdırılmalıdır.

Təklifə əsasən, yalnız bundan sonra avrokubok mübarizəsi bərpa olunacaq. Komandalar iyul ayında üç gündə bir matç keçirməklə Çempionlar Liqası və Avropa Liqasını başa çatdıra bilər.

UEFA-nın ECA rəhbərinin təklifini nəzərdən keçirəcəyi bildirilir. Lakin kooronavirusun müxtəlif ölkələrdə fərqli yayılması, həmçinin çempionatlarda eyni sayda oyunun qalmaması bu təklifin əleyhinə olan amillərdir. Ən önəmlisi isə bəzi oyunçuların müqaviləsi iyunun sonunda başa çatdığı üçün avrokubokların iyula qalması inandırıcı görünmür.