21:11 25-03-2020
news_image
93
FUTBOL

Sançonun qiymətini açıqladı - "Borussiya"

Dortmund "Borussiya"sı Ceydon Sançonu satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi bunun üçün şərtini müəyyənləşdirib.

Almanlar 20 yaşlı yarımmüdafiəçinin transferindən ən azı 130 milyon avroluq qazanc əldə etmək niyyətindədirlər. Dortmundlular bir müddət əvvəl 120 milyona razı idilərsə, artıq qiyməti artırıblar. Hazırda İngiltərə millisinin üzvünü əksər nəhəng klublar heyətlərinə qatmağa çalışırlar.

Qeyd edək ki, 2017-ci ildən "Borussiya"nın əsas komandasında çıxış edən Sançonun müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.