22:56 25-03-2020
news_image
101
FUTBOL

"Çelsi"dən gedəcəyəm" - ispaniyalı futbolçu

"Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriges mövsümün sonunda komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bunu 33 yaşlı oyunçu özü açıqlayıb.

İspaniya millisinin üzvü mövsümün sonunda azad agent statusu alacağından başqa kluba havayı keçə biləcək: "Bəli, mövsümün sonunda "Çelsi"dən ayrılacağam. Ancaq indi bu, vacib deyil. İndiki dönəmdə koronavirus səbəbilə yaxınlarınızın sağlamlığı barədə düşünmək lazımdır".

Qeyd edək ki, Pedro bir müddət əvvəl cüzi maaşa yetirməsi olduğu "Barselona"ya qayıtmaq arzusunda olduğunu söyləyib.