23:01 25-03-2020
news_image
238
FUTBOL

Mövsümün ən yaxşısı açıqlandı - Premyer Liqada

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşıları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “The Guardian” nəşri koronavirus pandemiyası üzündən dayandırılan çempionatın fərqlənənlərini müəyyənləşdirib.

“Liverpul”un futbolçusu Sadio Mane mövsümün oyunçusu seçilib. Ən yaxşı gənc futbolçu adına “Vulverhempton”un yarımmüdafiəçisi Adam Traore layiq görülüb.

“Mançester Siti”nin belçikalı futbolçunun Kevin de Breynenin “Nyukasl”a (2:2) vurduğu top mövsümün ən gözəl qolu sayılıb. “Şeffild Yunayted”in çalışdırıcısı Kris Uaylder mövsümün məşqçisi adına yiyələnib.

“Liverpul”dan “Sauthempton”a keçən Danni İnqz ən yaxşı transfer, XIX turun “Vulverhempton” – “Mançester Siti” qarşılaşması (3:2) ən yaxşı oyun seçilib. Həmçinin ən pis komandanın da adı bəlli olub. Bu uğursuz nominasiyada “Tottenhem” “fərqlənib”.