00:12 26-03-2020
news_image
80
FUTBOL

Çindən 30 min maska göndərdi - Kannavaro

"Quançjou Everqrand" klubunun baş məşqçisi Fabio Kannavaro ölkəsinə yardım etmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssisi bu addımı atmağa koronavirus pandemiyasının ölkəsində yaratdığı vəziyyət vadar edib.

Kannavaro yaşadığı Çindən doğulduğu Neapol şəhərinə 30 min ədəd maska və respirator göndərib. İtaliya millisinin sabiq kapitanı bununla kifayətlənməyəcəyini, yardımını davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, bu günə qədər İtaliyada 6820 nəfər koronavirus xəstəliyindən ölüb.