00:38 26-03-2020
news_image
241
FUTBOL

Koronavirusu yendi - Paulo Dibala

"Yuventus"un hücumçusu Paulo Dibalanın səhhətində heç bir problem qalmayıb.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz futbolçu koronavirusa qalib gəlib.

27 yaşlı oyunçu sosial şəbəkə vasitəsilə paylaşım edərək, müalicədən sonra ikinci testinin neqativ çıxdığını bildirib. Karantində olan futbolçu artıq tamam sağalıb.

Qeyd edək ki, Dibala və sevgilisi Oriana Sabatininin martın 21-də koronavirus xəstəliyinə yoluxduğu açıqlanmışdı.