10:00 26-03-2020
news_image
275
FUTBOL

Rekordçu “Neftçi”, “qapazaltı” “Zirə”

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 15 böyükhesablı nəticə qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, meydan sahibləri 10, qonaqlar 5 dəfə üç və ya daha çox top fərqilə qalib gəlməyi bacarıb.

Ölkənin ən titullu klubu “Neftçi” bu göstəricidə mövsümün rekordçusudur. Bakılılar 4 darmadağına imza atıb. “Qarabağ”la “Qəbələ”nin hərəsi üç belə qələbə qazanıb. “Keşlə” iki, “Sabah”, “Səbail” və “Zirə” hərəyə bir dəfə böyük hesabla qalib gəlib. “Sumqayıt” isə hələ də belə uğura həsrətdir.

Ən çox darmadağın olan komandalar isə “Səbail”, “Qəbələ” və “Zirə”dir. Onların hərəsi 4 dəfə meydandan başıaşağı ayrılıb. “Sumqayıt” 2, “Sabah” 1 dəfə üzülüb. Çempionatın üç lideri – “Qarabağ”, “Neftçi” və “Keşlə”ni isə belə məyus edən tapılmayıb.

3 qələbə və 4 məğlubiyyəti olan “Qəbələ”nin oyunlarında daha çox – 7 dəfə belə fərq qeydə alınıb.

Qeyd edək ki, mövsümün ən böyükhesablı qələbəsinə səfərdə “Zirə”nin qapısından 6 top keçirən “Qarabağ” imza atıb.