10:05 26-03-2020
news_image
99
FUTBOL

Qrizmanna elçi düşdü - “Mançester Yunayted”

Fransa millisinin və İspaniya “Barselona”sının futbolçusu Antuan Qrizmann karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” hücumçunun transferində maraqlıdır.

Premyer Liqa təmsilçisi 29 yaşlı futbolçu üçün “Barselona” ilə danışıqlara start vermək niyyətindədir. Kataloniyalılar oyunçunu 100 milyon avroya satmaq istəyir.

Mançester klubu bu məbləği ödəməyə hazırdır. İngiltərəlilər Qrizmanna 7 nömrəli formanı vəd edir.

Qeyd edək ki, “Mançester Yunayted” 2017-ci ildə Antuan “Atletiko”da oynadığı vaxtda da onu heyətinə qatmaq istəyirdi. Lakin həmin vaxt keçid baş tutmamışdı.