11:45 26-03-2020
news_image
143
FUTBOL

“Milan”ın baş məşqçi postuna dörd namizəd

İtaliyanın “Milan” klubu yayda baş məşqçisini dəyişəcək.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi hazırkı çalışdırıcı Stefano Pioli ilə yollarını ayıracaq.

Komandanın futbolçuları mütəxəssisə dəstək nümayiş etdirsə də, rəhbərlik nəticələrdən və baş məşqçinin işindən narazıdır. “Rossonyeri” yeni çalışdırıcı ilə bağlı axtarışlara da başlayıb. Artıq dörd mütəxəssisdən ibarət ilkin siyahı da müəyyənləşib.

İtaliya mətbuatı bu posta Ralf Ranqnikin gətiriləcəyini iddia etsə də, namizədlər siyahısında onun adı yer almayıb. Milan təmsilçisi Piolini əvəzləmək üçün Unai Emeri, Marselono, Luçano Spalletti və Canpyero Qasperini arasında seçim edəcək.