14:12 26-03-2020
news_image
336
TOKİO-2020

“Məşq etmək bizim üçün də çox çətin idi” - Tayfur Əliyev

“Beynəlxalq Olimpiya Komitəsi ən düzgün addımı atdı, hər şeydən önəmli insan sağlamlığıdır, o cümlədən idmançıların da”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər boks üzrə Azərbaycan milli komandasının üzvü Tayfur Əliyevə məxsusdur.

İdmançımız Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası üzündən təxirə salınmasına münasibət bildirib. Tayfur Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında bu addımı dəstəkləyib: “Virusla mübarizə apardığımız gərgin günlərdə insan izdihamından uzaq duraraq proqrama riayət etmək və məşq etmək bizim üçün də çox çətin idi. Buna görə əslində hər şey yoluna düşənə qədər hərtərəfli yaxşı məşq etməyimiz üçün əlavə zaman qazandıq”. 

Qeyd edək ki, Əliyev Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Olimpiadaya lisenziya qazanıb.