14:41 26-03-2020
news_image
163
TOKİO-2020

“İdman dünyası üçün çətin bir sınaqdır” - Rafiq Hüseynov

“Son hadisələr idman dünyası üçün çətin bir sınaqdır”.

Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Rafiq Hüseynov deyib.

O, Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasına münasibət bildirib: “Qlobal idman planları pozuldu, amma hər bir idmançı mənimlə həmfikir olar ki, ən əsas məqsəd sağlam dünyadır. İnsanların sağlamlığı üçün dua edək və bir az səbirli olaq”.

Qeyd edək ki, 2021-ci ilə təxirə salınan Olimpiadanın öncədən iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.