22:54 26-03-2020
news_image
140
FUTBOL

Jezuş İtaliya yolunda - meneceri təsdiqlədi

"Mançester Siti"nin hücumçusu Qabriel Jezuş İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı forvard "Yuventus"un transfer gündəmindədir.

Bu keçidin mümkünlüyünü Braziliya millisinin üzvünün meneceri Covanni Brançini də təsdiqləyib: "Əla futbolçudan və böyük bir klubdan söhbət gedir. Hər şey mümkündür. "Transfer bazarı"ndakı çətinliklər məhdud sayda keçidlərə imkan yaradır. Ancaq bəzi klublar maliyyə imkanı sayəsində sensasiyalı transferlər edə bilirlər".

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 24 matçda iştirak edən Qabriel Jezuş 10 qol, 4 assistlə yadda qalıb.