00:08 27-03-2020
news_image
165
FUTBOL

Neymarı almağın yollarını axtarır - "Barselona"

"Barselona" PSJ-nin hücumçusu Neymarın transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 28 yaşlı forvardı artıq 180 milyon avroya ala bilməz.

Koronavirus pandemiyası səbəbindən maliyyə itkisi ilə üzləşən İspaniya təmsilçisi vəziyyəti düzəltmək üçün futbolçuların maaşlarının kəsilməsi yönündə çalışır. Buna razılıq verən oyunçular bu durumun fonunda Neymarın 180 milyon avroya alınmasına qarşı çıxacaqlar. Bu səbəbdən rəhbərlik Neymarın müqabilində hücumçu Antuan Qrizmannı və müəyyən məbləğ təklif etməyi planlaşdırır.

Neymar isə istənilən halda mövsümün sonunda PSJ-dən ayrılmağı qərarlaşdırıb.