00:11 27-03-2020
news_image
124
FUTBOL

"Barselona" və "Real"ın maraq dairəsində olan – “Bavariya”lı

"Bavariya"nın müdafiəçisi David Alabanın taleyi naməlum olaraq qalır.

Apasport.az saytının məlumatına görə, komandasını dəyişmək fikrinə düşən 28 yaşlı sol cinah oyunçusu İspaniyada oynamaq arzusundadır.

Avstriya millisinin üzvü yeni müqavilə üçün maaşının artırılmasını tələb etsə də, koronavirus pandemiyasının yaratdığı maliyyə problemi ucbatından "Bavariya" buna razılıq verməyib. "Mançester Siti"yə keçməkdən imtina edən oyunçu La Liqaya yollanmaq istəyir. Hazırda İspaniyada onunla "Barselona" və "Real" maraqlanır.

Qeyd edək ki, David Alabanın "Bavariya" ilə müqavilə müddəti gələn ilin  yayına qədərdir.