10:16 27-03-2020
news_image
487
FUTBOL

Təcridetmə qaydalarını sevgilisinə görə pozdu

"Yuventus"un yarımmüdafiəçisi Duqlas Kosta təcridetmə qaydalarını pozub.

Apasport.az saytının məlumatına görə, vətəni Braziliyada olan futbolçu koronavirus pandemiyası ilə əlaqədar klubun qoyduğu tələblərə əməl etməyib.

Martın 21-də İtaliyadan ölkəsinə yollanan hücumameyilli oyunçu gününü sevgilisi ilə birlikdə əylənərək keçirir. Onun yanındakı xanımın sosial şəbəkədə paylaşımı bunu üzə çıxarıb. Kostanın qaydalara əməl etməməsi "Yuventus" rəhbərliyini qəzəbləndirib. Klub prezidenti Andrea Anyelli 30 yaşlı futbolçunu cəzalandırmağı düşünür.

Qeyd edək ki, Kosta kimi, "Yuventus"un digər əcnəbi futbolçuları da klubun razılığı ilə ölkələrinə yollanıblar.