10:27 27-03-2020
news_image
68
FUTBOL

"Yalnız Ronaldodan qorxuram" - millinin qapıçısı

"Milan"ın qapıçısı Canluici Donnarumma "Milan"la bağlı hədəflərindən söz açıb.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı qolkiper cari mövsümdəki məqsədlərinin hələ də qüvvədə qaldığını söyləyib.

İtaliya millisinin üzvü üz-üzə gəldiyi ən güclü hücumçunun da adını açıqlayıb: "Rossonyerlər"in rəngləri mənim üçün çox şey deməkdir, çünki burada böyümüşəm. Həmişə "Milan"ın azarkeşi olmuşam. Klubda ilk hədəfimiz mövsümün əvvəlində qarşımıza qoyduğumuz məqsəddir. Şəxsi məqsəd hər zaman ən yaxşısını sınamaq və mümkün qədər az qol buraxmaqdır. Mən bir çox möhtəşəm hücumçu ilə qarşılaşmışam, amma həmişə yalnız Kriştianu Ronaldodan qorxuram".

Qeyd edək ki, Canluici Donnarummanın "Milan"la müqavilə müddəti cari mövsümün sonuna qədərdir.