10:48 27-03-2020
news_image
85
FUTBOL

Klublara yardım ediləcək - Niderlandda

Niderland Kral Futbol İttifaqı koronavirus pandemiyasından zərər çəkən klublara maliyyə yardımı edəcək.

Apasport.az saytının məlumatına görə, bunu qurumun özü açıqlayıb.

Mövsümün koronavirus üzündən dayandırılması əksər klubları çətin vəziyyətdə qoyub. Bunu nəzərə alan ittifaq iqtisadiyyat nazirliyinin dəstəyi ilə klublara yardım edəcək. 

Bu, xərclərini ödəməkdə çətinliklə üzləşən komandalara şamil olunacaq. Klublar təxirəsalınmaz yardım xidməti vasitəsilə dərhal 4 min avro əldə edəcəklər.