11:53 27-03-2020
news_image
325
FUTBOL

“Qəbələ”nin hücumçusuna təklif - Kiprdən

“Qəbələ”nin hücumçusu Nikolas Raysel Azərbaycanı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı forvardın karyerasını Kiprdə davam etdirmək ehtimalı yaranıb.

Bu ilin əvvəlində "Qəbələ"yə keçməsinə baxmayaraq, parlaq çıxışı ilə diqqət çəkən sloveniyalı futbolçu AEK-in diqqət mərkəzinə düşüb. Larnaka təmsilçisi hücum xəttini məhz onunla gücləndirmək niyyətindədir. Mövsüm bərpa edilib, başa çatdıqdan sonra AEK Fransa əsilli oyunçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Nikolas Raysel “Qəbələ” ilə 1,5 illik müqavilə imzalayıb.