14:46 27-03-2020
news_image
184
FUTBOL

Yeni müqavilə - bombardirlə

İtaliya A seriyasının bombardiri Çiro İmmobile gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, “Latsio” klubunun hücumçusu komandası ilə müqaviləni uzadacaq.

Bir sıra klubların maraq dairəsinə düşən, “Napoli” ilə İngiltərə “Everton”unun israrla heyətində görmək istədiyi forvard 2025-ci ilədək Roma təmsilçisində qalmağa üstünlük verib. Yeni imzalanacaq müqavilədə vurulan hər qola görə də mükafat nəzərdə tutulub. Onun hazırkı müqaviləsi 2023-cü il iyunun 30-da başa çatmalıdır. İmmobile isə daha iki il İtaliya paytaxtında qalacaq.

Qeyd edək ki, Çiro 2016-cı ildə İspaniya “Sevilya”sından “Latsio”ya keçib. O, cari mövsüm 26 oyunda 27 qol vurmaqla A seriyasının ən məhsuldar futbolçusudur.