16:17 27-03-2020
news_image
3184
FUTBOL

“Neftçi” və “Qarabağ”a “hə” dedi - rumıniyalı futbolçu

Rumıniya millisinin futbolçusu Qabriel Torje karyerasını ölkəmizdə davam etdirə bilər. 

Apasport.az saytının məlumatına görə, 30 yarımmüdafiəçiyə Azərbaycan klubları elçi düşüblər. 

Rumıniyalı futbolçu Azərbaycan Premyer Liqasında oynamaq təklifi aldığını özü açıqlayıb. O, iddialı klublarından birinin formasını geyinməyə hazır olduğunu bildirib. Torje menecerinə “Qarabağ” və ya “Neftçi”də oynamağa hazır olduğunu da deyib. Mövsüm bərpa edildikdən sonra danışıqlara start veriləcək. 

Qeyd edək ki, hazırda Yunanıstanda “Larissa”da oynayan Torjenin müqaviləsi iyunda başa çatacaq.