21:33 27-03-2020
news_image
283
FUTBOL

2 təklifə "yox" dedi - Koutinyo

"Bavariya"nın yarımmüdafiəçisi Filipp Koutinyo daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, müqavilə ilə "Barselona"ya məxsus olan ulduz futbolçuya PSJ elçi düşüb.

"Bavariya"nın mövsümün sonunda transfer etməyəcəyi 27 yaşlı orta sahə oyunçusu Fransa klubuna keçməkdən imtina edib. Həmçinin sabiq komandası "İnter"ə qayıtmaq variantının da üstündən xətt çəkib. Braziliya millisinin üzvü karyerasını İngiltərədə davam etdirmək niyyətindədir. Hazırda Premyer Liqadan onunla "Tottenhem" və "Çelsi" yaxından maraqlanır.

Qeyd edək ki, Filipp Koutinyo bu mövsüm meydana çıxdığı 32 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə verib.