21:49 27-03-2020
news_image
267
FUTBOL

Ölkə kubokunun yarımfinal oyunları təxirə salındı

Almaniya kubokunun yarımfinal mərhələsinin oyunları təxirə salınıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyasının ölkədə yayılması səbəbindən kubokun yarımfinal matçları qeyri-müəyyən müddətə təxirə salınıb. Həmin görüşlərin aprelin 21-22-də keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, Almaniya kubokunun yarımfinalında "Bavariya" "Ayntraxt"la, "Bayer" isə "Saarbryuken"lə qarşılaşmalıdır.