22:29 27-03-2020
news_image
88
DİGƏR NÖVLƏR

Bədii gimnastların yarışı təxirə salındı

Beynəlxalq Gimnastika Federasiyası (FİG) daha bir yarışı təxirə salıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Qurum bədii gimnastika üzrə Çağırış kubokunun mərhələsini qeyri-müəyyən müddətə keçirib. Rusiyanın paytaxtı Moskvada təşkil olunmalı yarış iyunun 10-12-də planlaşdırılmışdı.