10:06 28-03-2020
news_image
433
FUTBOL

“Beşiktaş”ın qapıçısını Berlinə çəkən cazibə - FOTOSESSİYA

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Loris Karius karyerasını Almaniyada davam etdirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, müqavilə ilə İngiltərə “Liverpul”una məxsus olan qapıçı yenidən Bundesliqada oynayacaq.

İstanbul klubunda icarədə olan almaniyalı “Herta”ya keçməyə can atır. Lakin onu heyətində görmək istəyən Berlin klubu “Liverpul”la razılıq əldə etməlidir.

Vaxtilə vətənində “Mayns”ın şərəfini qoruyan Kariusun Berlinə köçmək arzusu əbəs deyil. Onun sevgilisi modeli Sofiya Tomalla Almaniya paytaxtında yaşayır.

Qeyd edək ki, Lorisin “Liverpul”la müqaviləsi 2022-ci, “Beşiktaş”dakı icarə müddəti 2020-ci ilin yayında başa çatacaq.