11:02 28-03-2020
news_image
92
FUTBOL

Klubun simvolu öldü - koronavirusdan

"Çarlton" klubunun simvollarından sayılan fəxri azarkeşi Seb Lyuis ölüb.

Apasport.az saytının məlumatına görə, o, koronavirus pandemiyasından vəfat edib.

İngiltərə təmsilçisi 38 yaşlı fanatın bir müddət əvvəl koronavirusa yoluxduğunu və bu xəstəlikdən öldüyünü açıqlayıb.

Seb Lyuis 1998-ci ildən "Çarlton"un bütün qarşılaşmalarını - ümumilikdə 1076 oyununu tribunadan canlı izləyib.